İşğaldan azad edilmiş şəhərlərin baş planı

  • 02.02.2021
  • 0

Ölkə başçısının irad və tapşırıqları, görüləcək işlər 44 günlük müharibə yalnız Azərbaycan ordusunun dəmir yumruğunun gücünü deyil, düşmən ideologiyasının məhvini də təcəssüm etdirdi. Tarix boyu "gəldim, gördüm, mənimsədim" prinsipləri əsasında "Böyük Ermənistan" mifinin süjet xəttini yazan reanimatorların uydurma həqiqətlərinin üzərindən işğaldan azad olunan Azərbaycan torpaqlarının bu günkü vəziyyəti ilə xətt çəkildi. Çəkilən kadrlar əsasında bəlli oldu ki, dünya miqyasındakı haqlı davamıza kölgə salan, islamafob, anti-Azərbaycan fikirləri ilə beyinlərini qidalandıran düşmən həmin əraziləri zəbt etdiyi müddətdə infrastrukturu yerlə-yeksan edib. Deyilənlərin su qədər şəffaf olduğuna görüntülər və onu görən gözlər şahiddir. Dağıdılan bu yerlər erməni memarlığının əsəridir. Elə ötən gün Prezident İlham Əliyev də Azərbaycan televiziyasına verdiyi müsahibəsində bu mövzuya toxundu. Birinci əsgər əyani şəkildə gördüyü torpaqların durumunu şərh edərkən qeyd etdi ki, azad edilmiş yerlərin bərpası ilə bağlı şəxsən özü tərəfindən önəmli qərarlar qəbul edilib, qərargah yaradılıb. Həmin qərargaha Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir və bütün təklif, təşəbbüslər ora göndərilməlidir. Müsahibə əsnasında daha bir məsələ diqqət önünə sərgiləndi. Prezident İlham Əliyev: "Çünki biz kim necə istəyir o torpaqları, əraziləri bərpa edə bilmərik. Biri filial açmaq istəyir, biri nə bilim başqa qurum açmaq istəyir. Bu, yolverilməzdir və qəbuledilməzdir. Ona görə burada subardinasiya olmalıdır. Ucuz populyarlıq qazanmaq üçün, yaxud da ki, özünə hansısa bir ofis, yeni ofis yaratmaq üçün belə açıqlamaların verilməsi tamamilə qəbuledilməzdir və buna son qoyulmalıdır". Bu sözlər ölkə rəhbərinin hər bir məsələni diqqətdə saxlamasından xəbər verdi. Daha sonra işlərin ardıcıl şəkildə görüldüyünü vurğulayaraq həmin ərazilərdə infrastrukturun hansı şərtlər altında yaradılmasının vacibliyini qeyd etdi. Prezident İlham Əliyev: "İlk növbədə, yerli qurumlar dağıdılmış bütün evlərin pasportlaşdırılmasını aparmalıdır. Video, foto çəkilişlər, dron çəkilişləri, protokollaşma aparmalıdır. Hər bir binanın, hər kənddə yerləşən binanın, hər şəhərdə yerləşən binanın öz pasportu olmalıdır. Bu məlumatı biz verəcəyik cəlb edilmiş beynəlxalq şirkətlərə, onlar özləri tədqiqat aparacaqlar, özləri monitorinq missiyaları həyata keçirəcəklər və onlar bizə Ermənistana qarşı açılacaq təzminat davasında kömək göstərəcəklər. Yəni, bu ardıcıllıq budur". Müxtəsər, prezident məhz proseslə bağlı azad edilmiş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında infrastruktur layihələrin görülməsi istiqamətində baş planın hazırlanması ilə bağlı qurumlara tapşırıqlar verdiyini də bildirdi. Haqlı iradlar öz yerində olmaqla... Prezident İlham Əliyev: "Hər şey planlı şəkildə olmalıdır. Yoxsa biri oradan durub deyəcək ki, mən burada bunu tikəcəyəm, biri oradan duracaq ki, mən bunu. Kimsən sən? Sən get öz işinlə məşğul ol. Yenə də deyirəm, ucuz populyarlıq dalınca qaçanların axırı pis olur, bu, birincisi. İkincisi, qayda-qanun var ölkədə. Heç kim özbaşınalıq edə bilməz. Əgər kimsə unudur, biz onun yadına salarıq". Ölkə başçısı müsahibə zamanı Şuşanın bərpası ilə bağlı atılan addımları da qeyd etdi. Bildirdi ki, 300 hektarlıq ərazi şəxsi tərəfindən məmurlar yox, mədəniyyət paytaxtı elan edilib. Həmin şəhərin bərpası məqsədilə müxtəlif yerli, xarici şirkətlərin mütəxəssisləri cəlb edilib. REAL TV-yə açıqlama verən Əməkdar memar Nəriman İmaməliyev bildirdi ki, hər bir kiçik ərazinin belə mütləq baş planı olmalıdır. Bunun üçün bir sıra məsələlərə diqqət yetirmək lazımdır. Bütün qeyd edilənlər isə bir məsələ üçün hesablanır - dağıdılmış şəhərlərin tezliklə bərpa edilməsi və oraya qayıdacaq insanların rahatlığının təmin edilməsi.

Nə düşünürsən?