Hindistanda cəsədlər belə yandırılır

  • 23.04.2021
  • 0

Hindistanda son günlər koronavirusa rekord sayda yoluxmalar qeydə alınır.

Metbuat.az xəbər verir ki, artıq xəstəxanalarda yer qalmayıb. İki gün əvvəl Hindistanda 314000-dən çox yoluxma qeydə alınıb ki, bu bir ölkədə qeydə alınan ən yüksək göstəricidir. Hindistanda demək olar ki hər gün 2000-dən çox insan virusun qurbanı olur. Koronavirusa yoluxanların ümumi sayı 15 milyonu ötüb. Ölkədəki acınacaqlı vəziyyəti paytaxt Dehlidə yerləşən krematoriyalardakı durum bir daha təsdiq edir.

Ölənlərin sayı çox olduğuna görə krematoriyalara cəsədləri yandırmaq üçün 24 saat dayanmadan işləyir.

Nə düşünürsən?