Evli olduğu ortaya çıxdı, tacı əlindən alındı

  • 07.04.2021
  • 7 baxış
  • 0

Şri-Lankanın paytaxtı Kolomboda 4 aprel tarixində təşkil edilən və Dünya Gözəllik Yarışmasında ölkəni təmsil edəcək gözəlin seçiləcəyi müsabiqədə qalmaqal baş verib.

“Qafqazinfo” xəbər verir ki, yarışın qalibi və “Miss Şri-Lanka” titulu qazanan Puşpika De Silvanın tacı 2019-cu ilin qalibi Kerolayn Curi tərəfindən başından götürülüb. Belə ki, Curi səhnəyə çıxaraq Silvanın boşandığını iddia edib və Silvanın tacını ikinci gözələ taxıb.

Hadisədən şoka düşən Silva göz yaşlarını saxlaya bilməyərək səhnədən ayrılıb.

“Boşanmış qadınlara gözəllik kraliçası kimi tac verilə bilməz. Bu, qaydalara ziddir”,- deyə Kerolayn Curi bildirib.

Silva isə sosial mediada açıqlama yayaraq psixoloji travma aldığını, hazırda xəstəxanada olduğunu bildirib: “Boşanmış bir qadın deyiləm. Ayrılıq başqa, boşanma bir başqadır. Hələ boşanmamışam”.

Bundan əlavə o, əsassız və alçaldıcı davranışlara görə qanun çərçivəsində tədbir görəcəyini qeyd edib.

Nə düşünürsən?