Bu qız tanımadığı insanlarla qucaqlaşır və...

  • 16.06.2021
  • 0

ABŞ-ın Çikaqo şəhərindən olan Kili Şoup tanımadığı insanları qucaqlamaqla saatda 100 dollar qazanır.

BİG.AZ xəbər verir ki, "LADBible"a açıqlama verən qız müştərilərinin qəribə xahişlərindən danışıb.

Şoup 7 ilə yaxındır ki, insanlara sözün əsl mənasında "qucaq açıb". O, adətən şiddət görən şəxslərə yardım edir. Müştərilərin xahişlərini sevərək yerinə yetirən qız həmin istəklərin qoyulan qaydalardan kənar çıxmadığını vurğulayır.

Məsələn, yanına gələnlərdən biri nağılların onu həyatıın ən təhlükəsiz və isti dövrünə - uşaqlığa - qaytardığını deyərək Şoupdan nağıl oxumağı xahiş edib. Başqa bir müştəriylə bir-birini qıdıqlayıblar. Müştərilərdən daha biri ilə oynayarkən Kili balaca it roluna girib. Bir nəfər isə qızdan onun kürəyində barmağıyla hərfləri yazmağı xahiş edib və nə yazıldığını tapmağa çalışıb.

Şoup hesab edir ki, bir çox insanlar haqsızcasına yaxınlıqdan məhrumdurlar və onlar üçün belə xidmətlər əsl qurtuluş yoludur.

"Məşğul olmaq istədiyim başqa iş yoxdur. İnsanları həmişə, hər zaman qucaqlamaq istəyirəm. Qucaqlaşma qabiliyyəti - mənim istedadımdır", deyə Şoup etiraf edib.

Nə düşünürsən?