Azərbaycanlı reper "O səs Türkiyə rep"ə qatıldı

  • 10.05.2021
  • 0

Şey Ri (Shey Ree) ləqəbi ilə tanınan azərbaycanlı repçi Şəhriyar Ramazanzadə "O səs Türkiyə rep"ə qatılıb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Eypio, Murda, Mero və Hadisənin münsif olduğu yarışmada sənətçi "Para babası" adlı rep səsləndirib. Onun ifasını öncə tamaşaçılar alqışlarla qarşılayıb. İlk saniyələrdə Şəhriyarın ifasına Murda dönüb.

Daha sonra Eypio da repçinin ifasını bəyənərək dönüb.

Nə düşünürsən?