Azərbaycanı qürurlandıran topçu Vüsal qəfil ailəsinə zəng etdi

  • 06.11.2020
  • 0

Düşmənə atəş açdıqdan sonra mərdanə duruşu ilə hamının rəğbətini qazanaraq, yağıya göz dağı olmağı bacaran Vüsal Şahkərimov Azərbaycan döyüşçülərinin əsl gücünü nümayiş etdirdi. Unikal.org XəzərTV-yə istinadən xəbər verir ki, bir ildən çoxdur hərbi xidmətdə olan əsgər Vüsal Şahkərimovun mərdliyini, qorxmazlığını ailəsi və komandirləri çox gözəl bilirlər. Vüsalın atası İslam Şahkərimov deyir ki, yayılan videodan sonra çox sevinib. O, tam əmin olub ki, Vüsalın atdığı hər mərmi dəqiqliklə hədəfi məhv etməklə milyonlarla həmyerlimizin ürəyindən tikan çıxarır. Qeyd edək ki, çəkiliş zamanı Vüsal Şahkərimovdan qəfil zəng gəlib. Hazırda ön cəbhədə döyüşən Vüsal "İnşallah, Şuşadan yığaram" deyərək ən böyük arzusunu dilə gətirib.

Nə düşünürsən?