Azərbaycanda nazir 200 kilometri velosipedlə qət etdi

  • 29.05.2020
  • 0

Mədət Quliyev velosipedlə 201,7 km məsafəni qət edib. Sfera.az xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyinin rəhbəri 7 saat 47 dəqiqə fasilə vermədən Bakının bir neçə hissəsində olub. Bu barədə Yaşar İsakov sosial media hesabında məlumat verib. M.Quliyev həmçinin Sumqayıt ərazisindən keçərək təkbaşına velosiped turunu sonlandırıb. Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri sözügedən qurumun rəisi olduğu zamanlarda da tez-tez təşkil etdiyi veloyürüş ilə diqqət çəkib.

Nə düşünürsən?