Ayı şəhərin mərkəzində insanlara hücum çəkdi

  • 17.03.2021
  • 0

Günün günorta çağında şəhər mərkəzində peyda olan ayı yolla keçənə hücum etmək istəyib və şəhər sakini vəhşi heyvandan xilas olmaq üçün qaçmağa başlayıb.

"Ölkə.Az"  xəbər verir ki, hadisə Rusiyanın Nijenvartovski şəhərində baş verib.  Şəhər sakininin həyatını avtobus xilas edib. Belə ki,  canını ayıdan qirtarmağa çalışan şəhər sakini   yolun digər hissəsinə keçib və bu zaman hərəkət edən avtobus ayının  yolu keçməsinə mane olub. Avtobus ayını vuraraq yolunu dəyişməsinə səbəb olub.  

Şəhər administrasiyasından RİA-Novosti-yə verilən xəbərə görə, şəhərdə peyda olan ayı müvafiq quurmlar tərəfindən zərərsizləşdiirlib və heç kim xəsarət almayıb.

Nə düşünürsən?