49 sm bisepsi olan bu qadın 3 dəfə rekord qırıb

  • 30.03.2021
  • 0

Rusiyanın paytaxtı Moskvadan olan 29 yaşlı idmançı Natalya Kuznetsovanın bisepsləri 49 santimetrdir və o, öz görünüşündən razıdır.

BiG.AZ xəbər verir ki, bu barədə "Daily Star" yazır.

O, pauerliftinq üzrə üçqat dünya rekordçusudur və 12 dəfədən çox Avropanın milli yarışlarında qalib olub.

Natalya özünü bodibildinqla məşğul olan ən güclü və ən məşhur qadın hesab edir.

Kuznetsovanın "İnstagram"da 672 mindən çox izləyicisi var.

14 yaşından fitneslə məşğul olan və bodibildinq üzrə yarışlarda iştirak edən idmançı məşqlərə yeni başlayanda cəmi 40 kilo çəkidə olduğunu və 6 aya tamamilə dəyişildiyini danışıb.

Hazırda onun çəkisi 92-95 kiloqramdır.

"Maksimal çəkim 100 kilo olub. Qollarımın maksimal ölçüsü 49 sm, ayaqlarımın 76,5 sm, sinəmin isə 128 sm-dir", - deyən Natalyanı heç kimin mənfi fikirləri maraqlandırmır.

O, həyat yoldaşıyla birlikdə daim idman zalında məşq edir.