Xuraman Şuşalı vətən həsrətini nəğməyə çevirdi

  • 04.11.2020
  • 0

Müğənni Xuraman Şuşalı mərhum şair Mirəli Vəkiloğlunun sağlığında yazıb, ona hədiyyə etdiyi "Azərbaycan" şeirinə mahnı bəstələyib. Publika.az xəbər verir ki, müğənni mahnıya klip çəkdirib. Rejissoru Aydın Əsədullaya, montajı Elnur Ehtiramoğluya aid olan klipi sənətçi vəfat etmiş valideynlərinə həsr edib. Əslən Şuşadan olan ifaçı qeyd edib ki, Şuşada tərk etdiyi evinə dönəcəyi günü səbirsizliklə gözləyir: "Təəssüf ki, valideynlərim vətən, torpaq həsrəti ilə bu dünyadan köçdü, inşallah, bizə doğma Şuşamıza dönmək nəsib olacaq. Qələbə xəbərini gözləyirəm. Bu sevinci bizə yaşadan Ali Baş Komandanıma minnətdaram. Qarabağ uğrunda döyüşən müzəffər ordumla fəxr edirəm. Bizə zəfər gətirən hərbçilərimizə, əsgərlərimizə minnətdaram, Allah Azərbaycan Ordusunu, Azərbaycan əsgərini, zabitlərini, Azərbaycan hərbçilərini qorusun, Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyevi, Azərbaycan xalqını, Azərbaycanı, türk millətini, qardaş türk xalqını, Türkiyəni, Türk lideri cənab Rəcəb Tayyib Ərdoğanı, bizə dost olan Pakistanı, bu yolda bizə dəstək olan bütün xalqları, bütün millətləri, bütün siyasətçiləri, bütün media nümayəndələrini qorusun. Hamımız qələbə sevincini gözləyirik. Allah yaralı əsgərlərimizə rəhm eləsin, şəfa versin, hər biri tezliklə öz sağlıqlarına qovuşsunlar, Allah şəhidlərimizə rəhmət eləsin, valideynlərinə, ailələrinə, yaxınlarına səbir, güc versin. Baş əyirəm qeyrətli, igid, mərd şəhidlərimin qarşısında, onları böyüdən valideynlərə eşq olsun. Allah bizi el-obamızdan ayrı salan, bizə min bir vəhşət yaşadan yağı düşmənimizi xar eləsin, necə ki, edir".

Nə düşünürsən?