Toy deyil, Mustafa Cecelinin Bakı konsertidir...

  • 07.06.2021
  • 0

Cebhe.infoTürkiyənin məşhur müğənnisi Mustafa Cecelinin şənbə günü Bakıda keçirdiyi konsert proqramında karantin qaydaları kobud şəkildə pozulub. 

“Qafqazinfo” xəbər verir ki, ifaçının “İstanbul Meyhane Bilgəh” restoranının açılışındakı çıxışı zamanı iaşə obyektlərində ayağa qalxan hər kəsin maska taxması, sosial məsafə, kütləvi tədbirlərin keçirilməsi barədə qoyulan qaydalar heçə sayılıb. Qaydaların açıq-aşkar pozulduğu kadrlar restoranın instaqram səhifəsində də nümayişkarcasına paylaşılıb.