Tanınmış şəxslərdən biri Əli Mirəliyevi bıçaqlayıb

  • 18.05.2021
  • 0

Müğənni Əli Mirəliyev "Onun sirri" proqramında qonaq olarkən illər əvvəl başına gələn bir hadisədən danışıb.

O söylədikləri ilə izləyiciləri təəccübləndirib. Ə.Mirəliyev məlum olayın futbol meydançasında baş verdiyini deyib:

"Azarkeş kimi oturmuşdum. Futbolçuya pərəstiş edirdim, ona görə qışqırırdım. Həm də yaşım az olardı, uşaq idim.

İki nəfər də mənə qanlı-qanlı baxırdı. Onların baxışı çox baha başa gəldi. Tramvaya minib evə qayıdırdım. Düşəndə ayağımdan bıçaqladılar.

Özü də tanınmış adamdır. Sonradan məşhurlaşdı. Heç onun adını çəkmək istəmirəm"

Nə düşünürsən?