Şou-biznesə onlar nəzarət edəcək- "Tolik, Aqşin, Roza və..."

  • 18.06.2021
  • 0

Müğənni Afət Fərmanqızı şou-biznesdə yeni qurum yaratmaq istəyir.

Bağ evində Lent.az-a açıqlama verən ifaçı bunun üçün prodüser Tolikə, meyxanaçı Aqşin Fatehə, həmkarı Roza Zərgərliyə müraciət edib: 

“Mən bir dəfə Tolikə zəng etdim, dedim ki, niyə sakit oturmusan? Şou əhli  Tolikdən çəkinir. Çünki sözünü deyə bilir. Düşünürəm ki, şou-biznesdə 4-5 nəfər birləşib bir qurum yaratmalıyıq. Qurumun da adı “Şou-biznesə nəzarət” olmalıdır. Çərçivədən çıxanı saçlamaq lazımdı. Bu qurumda başda prodüser Tolik, meyxanaçı Aqşin Fateh, müğənni Roza Zərgərli və mən olmalıyam. Niyə bu adamlar olmalıdır? Çünki onların sözlərini çatdıra bilirlər. Gəlin biz yığışaq, şou aləmində senzura yaradaq. Kim özünü apara bilməsə, onu sosial şəbəkələrdə də məhv edəcəyik. Harda da dostumuz, tanışımız var, onlara tapşıracağıq ki, çaşanı çəkməsinlər. Bunu eləməyə bizim gücümüz var. 

Nə düşünürsən?