"Şoka düşməyin,sadəcə ən sevdiyim..." - Nigar Camal

  • 23.11.2020
  • 0

2011-ci ildə Eldar Qasımovla birgə Azərbaycanı Almaniyanın Düsseldorf şəhərində baş tutan 56-cı Avroviziya Mahnı Müsabiqəsində təmsil edərək ölkəmizə qalibiyyət bəxş edən müğənni Nigar Camal sosial şəbəkə hesabında maraqlı videogörüntü paylaşıb. BiG.AZ xəbər verir ki, hazırda Londonda olan müğənni paylaşımına bu şərhi yazıb: "Şoka düşməyin.Yeni il bayramının dekorasiyalarını Londonda tez qurmağa başlayırlar. Mən də onlardan tez evi bəzəməyə başlayıram. Sadəcə ən sevdiyim bayramdır."