“Sevdanın tamaşaçısı yoxdur, nə etmək olar?!”

  • 23.06.2021
  • 0

Xalq artisti Samir Cəfərov Əməkdar artist Sevda Ələkbərzadə haqqında müzakirələrə səbəb olacaq açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, məşhur opera ifaçısı “Üzə-düz” proqramında qonaq olarkən Ələkbərzadənin dünya səviyyəsində olan yeganə müğənni olduğunu, lakin kifayət qədər tamaşaçısının olmadığını bildirib:

“Azərbaycanda avropalılar, dünya üçün Sevda Ələkbərzadə qədər maraqlı ifaçı ola bilməz. Yoxdur!

Sevda Avropa, dünya estrada janrını mənimsəyərək muğam janrını da əlavə edə bilir. Azərbaycanı estrada tərəfdən dünyada təmsil edəcək müğənni Sevda Ələkbərzadədir. İkinci bir şəxs görmürəm. Sevda Ələkbərzadə onların edə bilmədiklərini edir, onlardan da yaxşı edir. Bu gün Sevdanın maddiyyatı güclü olsa idi, o, indi dünyanı tutmuşdu. O adamın tamaşaçısı yoxdur. Onun zövqündə tamaşaçı yoxdur, nə etmək olar?!”

Nə düşünürsən?