Roza Zərgərli əsgərə söz verdi

  • 19.11.2020
  • 0

Müğənni Roza Zərgərli Vətən müharibəsində döyüşən əsgərlərdən birinə söz verib. BiG.AZ xəbər verir ki, sənətçi hərbçi İbrahim Abdullayevin görüntülərini yayımlayaraq onun toyunda oxuyacağına söz verib: "Hökməli qəsəbəsindən döyüşlərə könüllü olaraq qatılıb. Taksiçiliklə məşğul olur. Həmişə arzusu olub ki, ermənilərdən şəhidlərimizin, əsir qız-gəlinlərin qisasını alsın. İkinci Qarabağ müharibəsində ermənilərə qan uddurub. Anasına söz verib ki, qayıdandan sonra evlənəcək. Mən də onun toyunda iştirak edəcəm". /Axşam.az

Nə düşünürsən?