Röya qohum toyuna elə geyimdə getdi ki...

  • 25.02.2019
  • 0

Müğənni Röya Ayxan qohum toyunda iştirak edib. 

O, "İnstagram" hesabında paylaşdığı şəkillərinə " ailəmizə gəlin gəldi. Nata səni təbrik edirəm" qeydini yazıb.  Lakin tədbirə açıq-saçıq geyimdə qatılan Röya qınaq obyektinə çevrilib. 

Belə ki,  bir çox izləyiciləri onu artıq bu qədər açıq-saçıq geyimdə görmək istəmədiklərini bildiriblər. Lakin sosial şəbəkə istifadəçilərindən müğənninin bu geyimini bəyənən və ona yaraşdıranlar da olub.