"Ömrümün yarısını yaşamışam, döyür, söyür, sonra gəlir ki..."

  • 08.05.2021
  • 0

Xalq artisti Naibə Allahverdiyeva "Elgizlə izlə" proqramında açıqlaması ilə diqqət çəkib.

Verilişə gələn əri tərəfindən döyülən xanıma məsləhət verən aktrisa qadına şiddətdən danışıb.

O bildirib ki, özü də əks cinsin nümayəndəsi tərəfindən döyülüb:

"Heç kim istəməz ailəsi dağılısn. Amma bir dəfə qalxan əl daha çox qalxacaq. Dünyagörmüş insanlarıq, ətrafımızda olub, başımıza da gəlib. Ailə dağıtmaq üçün bu sözləri demirəm. Amma bəzən bu ölümlərlə bitir. Bilirəm, kişilərin şirin dili var. Elə sözlər deyirlər ki, fikirləşirsən dəyişəcək. Fakt şahidi olmuşam, dəyişmir. Bunu yaşamışam, çox dil tökür. Amma sonra əvvəl etdiyindən artığını edir. Kişi qadını əzizləməlidir. Şərt deyil ki, gül, hədiyyə alsın.

Ömrümün yarısını yaşamışam, döyür, söyür. Sonra gəlir diz çökür: səni xanım edəcəm, başına dolanacam, nökərin, qulun olacam. Hamısı yalandır.

Qadına əl qaldıran kişini kişi saymıram". 

Aparıcı Elgiz Əkbər N.Allahverdiyevaya "Bir dəfə danışmışdınız, başınıza gəlib. Yenə edir? İstəmirəm sən üzüləsən. Heç kimin buna ixtiyarı yoxdur. Bir dostun kimi buna imkan verməyəcəm, yetər" sözlərini söyləyib.

Aktrisa məsələ haqda çox danışmaq istəmədiyini deyərək "Bu məsələni sonra danışarıq" cavabını verib.

Qeyd edək ki, N.Allahverdiyeva ikinci dəfə özündən yaşca kiçik bəylə ailə qurub. (Axsam.az)

Nə düşünürsən?