Mətanət İskəndərlinin oğlu qızına işgəncə edib - İddia

  • 10.02.2021
  • 0

Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canan qızının atası tərəfindən işgəncələrə məruz qaldığını iddia edib. "Qafqazinfo" xəbər verir ki, o, övladının işgəncə gördüyünü əks etdirən fotoları öz instaqram hesabında paylaşıb. "Mətanət İsgəndərli həmişə sevgidən, uşaqlara nəvazişdən danışır. Oğlunun illərlə övladlarına etdiyi şiddətdən danışmır. O şiddəti mənə də dəfələrlə göstərib. Son etdiyi işgəncəsindən sonra gözlərim görmür. Bunu Mətanət İsgəndərliyə deyəndə, cavabı, bilirsiniz, nə olub? Əcəb edib!", - deyə Canan bildirib.

Nə düşünürsən?