Manana Caparidze Azərbaycan xalqını təbrik edib

  • 18.11.2020
  • 21 baxış
  • 0

Azərbaycanda yaşayan gürcü əsilli müğənni Manana Caparidze Azərbaycan xalqını Qələbə Günün münasibəti ilə təbrik edib. O, bu barədə 10 noyabr tarixində öz “Facebook” səhifəsində yazıb. M. Caparidze yazdığına görə, onlar qələbəyə ikiqat sevinirlər. Çünki həmin gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, həm də onun qızının doğum günüdür. Manana Caparidze qızının Azərbaycanda doğulduğu üçün fəxr edirlər. Onun yazısını olduğu kimi təqdim edirik: “Bu gün ikiqat sevincliyık. Çünki bütün dünyada yaşayan Azərbaycanlılar bu Böyük Qələbəni qeyd edirlər, həm də bu gün qızımın Ad Günüdür. Qızım Azərbaycanda doğulub və biz bundan çox fəxr edirik”, – Manana Caparidze “Facebook” səhifəsində yazıb.

Ən son xəbərlər üçün Telegram kanalımızı izləyin

Nə düşünürsən?