"Kurtlar Vadisi"nin aktyorunun Bakıya gəlməsinin səbəbi bilindi

  • 21.04.2021
  • 0

Türkiyənin məşhur seriallarından olan və Azərbaycanda da yetərincə izləyicisi olan "Kurtlar Vadisi"nin aktyoru, Güllü obrazı ilə məşhurlaşan Erhan Ufak paytaxtımızın qonağı olub.

Redaktor.az-a özəl açıqlama verən aktyor bildirib ki, Bakıya səfərinin əsas məsədi Sənət Akademiyası açmaqla bağlıdır.

"Türkiyə-Azərbaycan dostluğunu daha da möhkəmləndirmək məqsədi ilə burada Sənət Akademiyası açmaq fikrindəyik. Azərbaycanda olan istedadlı gənclərin özgüvənini üzə çıxartmaq üçün əlimizdən gəli edəcəyik. Bakıda 3 ay müddətində aktyorluq kursları keçiləcək, Akademiyanı bitirənlərə sonda sertifikat veriləcək.

Aktyor bildirib ki, Sənət Akademiyasına qardaş ölkədən bir çox məşhur aktyorlar, rejissorlar qatılacaq.