Koronavirusdan sağalan müğənni: “Birinci toyumdur”

  • 02.06.2021
  • 0

Koronavirusdan sağalan Əməkdar artist Mətanət İsgəndərli xəstəliyindən danışıb.

Publika.az xəbər verir ki, müğənni xəstəliyi ağır keçirdiyini bildirib.

“Ağır xəstəlikdən sonra birinci toyumdur. İnana bilmirəm, hələ də şokdan çıxmamışam. Elə bilirdim, sağalmayacam. Elə bir xəstəlikdir ki, insan sağalacağına inanmır”, - Əməkdar artist əlavə edib.

Qeyd edək ki, bir müddət öncə M.İsgəndərlinin vəziyyəti ağır olduğu üçün reanimasiyaya yerləşdirilmişdi.

Nə düşünürsən?