İş adamı ilə evli olan Səfurə Əlizadənin yeni görüntüləri yayıldı

  • 20.03.2021
  • 0

"Avroviziya - 2010" təmsilçimiz Səfurə Əlizadə sosial şəbəkə hesabında yeni paylaşımı ilə diqqət çəkməyi bacarıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, uzun zaman sonra səhnələrə yenidən qayıdan müğənni obyektiv qarşısında poz verib.

Görüntüləri "Instagram" hesabında paylaşan ifaçı rəy bölümünü izləyiciləri üçün bağlı edib.

Məlumat üçün bildirək ki, illərdir Türkiyədə yaşayan Səfurə Əlizadə azərbaycanlı iş adamı ilə ailəlidir. Onun bu evlilikdən iki oğlu, bir qızı var.