"Həyat yoldaşımın mənə aldığı maşını İlhaməyə bağışladı"

  • 14.01.2021
  • 61 baxış
  • 0

Xalq artisti Flora Kərimova ARB kanalında yayımlanan "Onun sirri" verilişinə qonaq olub. Unikal.org xəbər verir ki, verilişdə müğənni mərhum həyat yoldaşı Faiq bəyin ona aldığı avtomobildən danışıb: "Həyat yoldaşım mənə həmişə bahalı zinət əşyaları alırdı. Qəbul etmirdim. Bir dəfə də maşın gətirdi. Maşın iki gün həyətdə qaldı, üçüncü gün gələndə dedim ki, Faiq, ya maşını apar, ya da açarı atacağam həyətə. Heç nə demədi. Mən də götürüb açarı atdım həyətə. O, bunu təhqir olaraq qəbul etdi. Maşını başqa bir qadına bağışladı. Həmin qadın da həyatda hər zaman ayağıma dolaşan biri idi". Bu zaman aparıcı Lətafət Ələkbərova sözügedən şəxsin mərhum Xalq artisti İlhamə Quliyeva olduğunu qeyd edib. F. Kərimova isə "Ölənin arxasıyca danışmaram",- deyə cavab verib.

Nə düşünürsən?