Fulya Öztürk kimdir?

  • 20.06.2021
  • 0

Fulya Öztürk kimdir? Fulya Öztürk Adananın düşmən işğalından qurtuluşunun ildönümü günündə – 5 yanvar 1989-cu ildə Türkiyənin Adana ilinin Seyhan ilçəsində anadan olub. O, orta təhsilini Adana Gündoğdu Kollecində alıb. Hələ orta məktəb illərində ikən kaman və türk sənət musiqisi üzrə də təhsil almışdır. Ailəsi onun Hüquq fakültəsinə daxil olmasını gözləyərkən, o, xəyalındakı peşəsinə sahib olmaq məqsədilə 2006-cı ildə Mərmərə Universitetinin Rabitə fakültəsinin radio və televiziya ixtisasına qəbul olur. Elə həmin ildən də onun televiziya macərası başlayır. Növbəti il – 2007-ci ildə o, "Doğan" TV şirkətinin "Staj On Air" verilişi ilə "Star" TV-də təcrübə keçmişdir. Fulya Öztürk peşəkar fəaliyyətinə 2008-ci ildə "CNN Türk" kanalının Proqramlar departamentində başlayıb. O, daha sonra Başkənd Rabitə Akademiyasında nitq və dram üzrə təhsil almışdır. 2010-cu ildə "CNN Türk" xəbərlər mərkəzində işləməyə başlamış, orada 3 il bədii redaktor kimi fəaliyyət göstərmiş, xeyli sayda sənədli film və xəbər üzərində işləmişdir. Fulya xanım 2013-cü ildən müxbirliyə başlayıb, reportyor kimi fəaliyyətinin əsas istiqamətini müharibə mövzuları əhatə edir. Müxbir kimi fəaliyyətinin elə ilk dövründən rezonans doğuran xəbərlər hazırlayır; Suriyada vətəndaş müharibəsi, Afrikada təbii fəlakətlər, Myanmada müsəlman soyqırımı zamanı bir çox çarəsiz insanın səsi olur. Xəbərləri və reportajları sayəsində bir çox insanın həyatı xilas olub. Müxbir olaraq çalışdığı ərazilərdə gördüyü işlərlə insanların sevimlisinə çevrilib. İkinci Qarabağ müharibəsindəki fəaliyyəti ilə Ermənistanın Gəncədə, Bərdədə və Tərtərdə mülki insanlara qarşı törətdiyi qətliamlar haqda dünyanı məlumatlandıran Fulya Öztürk Türkiyə mediasının Azərbaycanda ən məşhur simasına çevrilir. Ölkəmizdə hər kəs onu Qarabağ uğrunda 44 günlük Vətən Müharibəsi vaxtı haqq səsimizi dünyaya çatdıran jurnalist kimi tanıdı. Fulya xanım "İlin müxbiri" və "Ən yaxşı özəl xəbər" kateqoriyalarında onlarla mükafata layiq görülmüş, bir çox universitet və təşkilatlardan mükafatlar almışdır. TEDx-də “Bırakın size deli desinler” mövzusunda bir çıxış da etmişdir. O, hal-hazırda müxbirliklə yanaşı, "CNN Türk" xəbər mərkəzinin kəşfiyyat müdirinin müavinidir. “Yenidən doğulsam, yenə də müxbir olmaq istərdim” deyən Fulya xanım öz işinin peşəkarıdır. Musiqi: Early Avril Sinematik Dramatik Unicorn Heads 8:13 iyn 2021 Video: https://pixabay.com/ TarPas kanalının təqdimatı: https://youtu.be/xtoXlnTmCQw TarPas kanalı "bax.tv"də: https://bax.tv/az-channel/605.html TarPas "twitter"də: https://twitter.com/Cekli829 Tövsiyə etdiyim videolarım: ➡Missisipidə doğulub, İstanbulda ölən unikal insan – Qara Rus – Frederik Brüs Tomas https://youtu.be/350YFZ5rfPA ➡Gözəl kimdir? | 18+2 ölkədə gözəllik kriteriyaları | Qeyri-səlis məntiqin yaranması https://youtu.be/0a5w3gD5nMs ➡Hallabonq / Dekopon nədir? Portağal, yoxsa mandarin? Azərbaycan onu əkən 5-ci ölkədir https://youtu.be/E1ztUz7wPro ➡Toy ildönümləri https://youtu.be/Nu4ID4l1YV0 ➡Oktoberfest — Almaniyada hər il keçirilən pivə festivalı https://youtu.be/WVa9JrUv8ak ➡Kahin Şipton Ananın həyatı | Nostradamus, Vanqa və başqalarından da qüdrətli kahin - II hissə https://youtu.be/RQOGD2_cwMk ➡Əjdaha meyvəsi / Pitahaya, Pitaya, Kaktus meyvəsi, Ejder meyvesi, Dragon fruit - Tropik superqida https://youtu.be/8fMJ2nTzYNw ➡Yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana / Rosh Hashanah / ראש השנה https://youtu.be/zXYVomBFJRw ➡Ge Hinnom vadisi – Bu Dünyadakı cəhənnəm, tarix boyu dünyanın ən qorxulu yeri https://youtu.be/VWOiTLOBcno ➡Ölülər Günü / Latın Amerikasında – əsasən də Meksika, Qvatemala, Honduras və Salvadorda qeyd olunur https://youtu.be/lL-zRmz1iSM ➡İmza nədir? 100 məşhur şəxsin imzası https://youtu.be/1Z0ibH1Y4OY ➡Yapon əzgili - Yeni dünya meyvəsi / Muşmula və onun faydaları https://youtu.be/JkX4r3Z2NSs ➡Kinkan meyvəsinin faydaları https://youtu.be/FUn-0l8skTI ➡Qubada futbol https://youtu.be/GTifozD-Mlk Musiqi: YouTube Library

Nə düşünürsən?