Ermənilər indi də Röyanın mahnısını oğurladılar

  • 15.10.2020
  • 0

Erməni müğənni Sargis Abrahamyan Xalq artisti Röya Ayxanın "Bəlkə də" mahnısını oğurlayıb. BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, ifaçı "Youtube" kanalında yerləşdirdiyi ifasına "Heçel heçel" adını qoyub. Qeyd edək ki, bəstənin musiqisi Pərviz Mahmudov, sözləri Leyli Erol İsrafilovaya məxsusdur. Pərviz Axşam.az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı artıq bir neçə qruma müraciət edib: "Hüquqlarımı qoruyan şirkət var, onlar bununla bağlı öz işlərini görəcəklər. Hamı soruşur ki, erməni ifaçıdan təzminat alacaqsan? Bu acların nəyi var ki, nə də alım?". Sargisin "Youtube"a yerləşdirdiyi ifası artıq kanaldan silinib. Qeyd edək ki, bir neçə gün əvvəl Arşak Stepanyan adlı erməni müğənni Tunar Rəhmanoğlunun "Səndən insaf dilər yarim" bəstəsini oğurlamışdı.

Nə düşünürsən?