Cem Yılmazın evi yandı

  • 08.03.2021
  • 0

Məşhur türkiyəli stəndapçı, aktyor Cem Yılmazın İstanbulun Beşiktaş səmtindəki evində aparılan təmir işləri zamanı yanğın baş verib.

Axar.az xəbər verir ki, aktyor özü avtomobilindəki yanğınsöndürmə balonu ilə yanğını söndürməyə çalışsa da buna nail ola bilməyib.

Qısa zamanda əraziyə gələn yanğınsöndürənlər hadisənin qarşısını ala bilib.

“Evdəydim. Yanğın generatordan başladı. Ustalar işləyir. Hər hansı problem yoxdur”, - deyə aktyor jurnalistlərə açıqlamasında bildirib.

Nə düşünürsən?