Azərbaycanlı modelin ölüm səbəbi bilindi

  • 18.03.2021
  • 1.3K baxış
  • 0

İnstaqram və TikTok sosial şəbəkələrində Sofa Hasan kimi məşhurlaşan azərbaycanlı model Sofiya vəfat edib.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən instaqram fenomeni ötən gün Türkiyədə əməliyyat zamanı dünyasını dəyişib.

O, son paylaşımlarında aldığı kimyaterapiya və narkozların təsirindən ürək çatışmazlığının əmələ gəldiyini və bu səbəbdən ağciyərlərinə su yığıldığını bildirib:

"Artıq günlərdir nə yata bilirəm, nə də yemək yeyə bilirəm. Həqiqətən, heç yaxşı deyiləm. Normal insan kimi yaşamaq üçün darıxdım, insanlıqdan çıxmışam artıq... Oksigenə bağlı qalmışam, nəfəs belə ala bilmirəm. Çoxlu dua edin, ayağa qalxa bilim yenidən..."

Qeyd edək ki, Sofa Hasanın TikTok səhifəsində 100 min, instaqram səhifəsində 58 mindən çox izləyicisi var.

Nə düşünürsən?