“Anara görə faizə pul götürdüm, atamın evini də satdım”

  • 26.04.2021
  • 0

“Anarla bir-birimizi sevib ailə qurmuşuq. Evlilikdən sonra bütün problemlər ortaya çıxdı. Üstündən 6 ay keçdi, ailəsi bizi qəbul etdi. Ondan sonra ailəm genişləndi, problemlərim daha da böyüdü”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan “Dəyişən cavab” proqramında qonaq olarkən deyib.

Müğənni verilişdə keçmiş həyat yoldaşı Anar Cəlilovla ayrılıq dövründə çətin anlar yaşadığını, həyat yoldaşına görə borca girdiyini, hər şeyi satdığını qeyd edib:

“Ayrıldığımız dövrdə qorxduğum bütün şeyləri yaşadım. Təsəvvür edin, 500 min manata faizə pul verirlər. Hər ay pulu ödəyirsən, amma borc azalmır. Atamın evinə qədər satmışdım. İndi ondan da yaxşısını almışam. Yeddi il bundan qabaq hər şeyi sıfırdan başladım. Tək qadın olaraq yenidən qurmağa çalışdım. 2015-ci ildə konsert verdim, əldə etdiyim pulla torpaq aldım ki, ev tikəcəm. Beş ilə ancaq bitirdik. Oğlum Hüseyn deyirdi ki, ana, neçə ildi bu evin ancaq şəklinə baxıram. Hər şeyi balamız üçün edirik. Mənə qalsa, ikiotaqlı evdə də qalaram. Sözümün canı odur ki, bir bəla varsa, heç nədən çəkinməsinlər, nələrisə fəda versinlər. Bir günün içində 15 il yığdığımı itirmişəm. Hələ indi yerinə qaytarıram”.

Nə düşünürsən?