"Aldadıb evə aparıb, başını kəsmək istədilər" - Fərda Amin

  • 18.02.2021
  • 166 baxış
  • 0

“Bazarda işlədiyim vaxtlar idi, orada gözəl bir qız çay paylayırdı. Gənc vaxtlarım idi. Dilim dinc dayanmadı. Söz atdım. Qız da üzümə güldü. 1 həftə keçdi. Bir gün məni evlərinə dəvət etdi. Günorta vaxtı idi. Gəlib həyətə girdik. Gördüm, qız narahatdır".

Unikal.org  xəbər verir ki, bu sözləri aktyor Fərda Xudaverdiyev ARB TV-nin “Onun Sirri” verilişində söyləyib.

Aktyor bazarda işlədiyi vaxtlarda başına gələn dəhşətli hadisəni tamaşaçılarla bölüşüb: "Dedim, "qorxursansa, mən gedim". Bu vaxt evdən əmisi çıxdı. Dedi ki, oturum. Siyirmədən bıçaq çıxartdı. Bıçağı əlində fırlada-fırlada mənə dedi ki, "burada nə edirsən?" Dedim, iş yoldaşıyıq.

Dedi ki, "sənin başını kəsərəm, heç kim də səni tapmaz". Sonra cibindən siyahı çıxarıb dedi ki, bayram ərəfəsidi, ya burada yazılanları alım, ya da pulunu verim. Cibimdə 6 şirvan pul vardı, 4-nü ona verdim. Çıxıb canımı qurtardım oradan. Başa düşdüm ki, qurma idi. Dərdləri pul imiş”.

Nə düşünürsən?