Vinisiusdan het-trik, "Tottenhem" darmadağınla qalib gəldi

  • 10.01.2021
  • 0

İngiltərə Kubokunda 1/32 finalın oyunları davam edir. Offsideplus.az xəbər verir ki, "Tottenhem" səfərdə 8-ci diviziya klubu "Marin"lə qarşılaşıb. 0:6 hesabıyla başa çatan matçda Mourinyonun komandası qələbə qazanıb. Karlos Vinisius het-trik edərək diqqət mərkəzinə düşüb. 60-cı dəqiqədə "Tottenhem"in qələbəsində son nöqtəni qoyan Alfi Devin klubun həm ən gənc futbolçusu olub. Meydana çıxandan 6 dəqiqə sonra fərqlənən 16 yaş 162 günlük yarımmüdafiəçi ən gənc qol vuran oyunçu olaraq adını "Tottenhem" tarixinə yazdırıb. Oyunun geniş icmalını təqdim edirik: "Marin" - "Tottenhem" 0:5 (K.Vinisius, 24, 30, 37. L.Mura, 32. A.Devin, 60.)

Nə düşünürsən?