Səsini eşidib simasını görmədiyimiz şəxs

  • 07.04.2021
  • 122 baxış
  • 0

Ölkə idmanı, ələxsus, futbolu ilə maraqlanan hər kəs onun səsini eşidib. İstər stadiondan, istərsə də canlı yayım zamanı ekran qarşısından qulaqlarımız bu şəxsin səsinə öyrəşib.

Söhbət vaxtilə Tofiq Bəhramov adına Respublika Stadionunun diktoru olan Ramiz Qafarovdan gedir. 65 yaşını qeyd edən, özünəməxsus səs tembri olan Ramiz bəy həm də bəstəkardır. O, indiyədək vətənpərvərlik və idman mövzusunda bir sıra bəstələrə sahibdir.

Məşhur diktor həmçinin kitab müəllifidir. Ramiz Qafarov ömrünün çox hissəsini bu sahədə keçirsə də, ona indiyədək fəxri ad verilməyib. O, bunu azad sənətkar olmasıyla, indiyədək rəsmi iş yerinin olmaması ilə əlaqələndirir.

Onun "Baku TV"yə verdiyi videomüsahibəni sizə təqdim edirik:

Nə düşünürsən?