Ronaldonun La Liqada 34-cü və son het-triki

  • 18.03.2021
  • 0

Kriştiano Ronaldo İspaniya La Liqasında keçirdiyi müddət ərzində demək olar ki, "Real Madrid" tarixinin bütün rekordlarını qırdı: 284 oyuna 308 qol vurmaqla yanaşı, 34 het-trikə imza atdı.


Offsideplus.az La Liqa-ya istinadən xəbər verir ki, 2018-ci ilin 18 martında portuqaliyalı ulduz sonuncu dəfə La Liqada ən azı 3 qol vurduğu oyuna çıxdı. "Jirona"ya qarşı oyunda "Kral klubu" 6:3 hesabı ilə qalib gələrkən, Ronaldo karyerasında 50-ci, La Liqada isə 34-cü het-trikə imza atdı. Lakin Kriştiano, het-triklə kifayətlənmir və 90+1-ci dəqiqədə fərqlənərək, oyunda son nöqtəni qoyur. 

Şanssız qonaqlar Ronaldonun "qol maşını" olduğu dönəmə rast gəlmişdi: Portuqaliyalı, 12 oyunluq qol vurmaq seriyasının 8-ci matçında, Çempionlar Liqasında  "Yuventus"u darmadağın edəcəyi 1/4 final oyunlarından isə 10 gün geridə idi. 

Ronaldo 2018-ci ilin yayında "Real"dan ayrılmadan öncə "Santiaqo Bernabeu"da əzəli rəqibləri "Atletiko" və "Atletik Bilbao"ya dubl edəcəkdi...

 

Nə düşünürsən?