Ronaldonu qol oğurlamaqla ittiham etdilər

  • 03.12.2020
  • 0

Portuqaliyalı ulduz ötən gecə Çempionlar Liqasında "Dinamo" ilə baş tutan oyunda Alvaro Moratanın qolunu oğurladı? Hazırda İtaliya mətbuatı dünəndən bunun cavabını axtarır... Offsideplus.az xəbər verir ki, "Dinamo"ya 3:0 hesabı ilə qalib gələn "Yuventus"un qollarını Kyeza, Ronaldo və Morata vurdu. Kriştiano Ronaldonun vurduğu zərbə onun 750-ci qolu oldu. Alvaro Moratanın ötürməsi kimi qeydə alınan qolu Ronaldonun oğurladığı düşünülür. Belə ki, Moratanın toxunuşundan sonra tora istiqamətlənən topa Ronaldonun toxunması gərək deyildi. Lakin 35 yaşlı ulduz topa yüngül toxunuş edərək qolu öz adına yazdırıb. Həmin zərbədən sonra Ronaldo sevinsə də, Morata heç də məmnun görünmürdü. Həmin görüntüləri təqdim edirik:

Nə düşünürsən?