Ronaldo və Dibala "Yuventus"da 100-cü qolunu vurdu

  • 13.05.2021
  • 0

İtaliya A Seriyasının 36-cı turunda "Yuventus" "Sassuolo"ya qalib gəlib. 

Offsideplus.az xəbər verir ki, 3:1 hesabıyla başa çatan oyun Kriştiano Ronaldo və Paulo Dibala üçün əlamətdar olub. Belə ki, hər iki ulduz "Qoca Sinyora"da 100-cü qollarına imza atıblar. 

Kriştiano 100-cü qolunu 131-ci matçında, Dibala isə 252-ci oyununda vurub.

"Sassuolo" - "Yuventus" 1:3 (A.Rabiot, 28. K.Ronaldo, 45. P.Dibala, 66. - C.Raspadori, 59.)

Nə düşünürsən?