Ronaldinyonun erotik klipinə 2 həftədə milyonyarım baxış olub

  • 03.02.2021
  • 0

Ronaldinyonun özünə yeni sənət tapması haqda xəbər vermişdik. Rep qrupu ilə kliplərə çəkilən dünyaca məşhur sima "Tropa do Bruxo"nun prodüseri və bəstəkarıdır. İlk klip ötən ay təqdim olunmuşdu. Offsideplus.az xəbər verir ki, "Role Aleatorio" adlı yeni klip iki həftə əvvəl "youtube"a yerləşdirilib. Erotik xarakterli klipin əsas qəhrəmanı Ronaldinyo və rep deyən oğlanların əhatəsindəki qızların rəqsi sözün əsl mənasında "ürək ağrıdır". 3 dəqiqə 53 saniyəlik çarxda erotik görüntülər də yer alıb. Klipə 2 həftə ərzində 1,5 milyona yaxın baxış olub ki, bu da yüksək məhsuldarlıq deməkdir. Buyurun, baxın...

Nə düşünürsən?