"Real" azlıqda qalan "İnter"ə belə qalib gəldi

  • 26.11.2020
  • 0

Ötən gecə UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulub. Offsideplus.az xəbər verir ki, "Real" B qrupunda "İnter"in qonağı olub. Hesabı 7-ci dəqiqədə penaltidən Eden Hazard açıb. 33-cü dəqiqədə sarı vərəqə aldıqdan sonra hakimə yersiz etirazlar edən Arturo Vidal ikinci vərəqə ilə cəzalanaraq meydandan qovulub. Son nöqtəni isə meydana yeni daxil olmuş Rodriqo qoyub: 0:2. Gərgin keçən görüşün icmalını təqdim edirik: "İnter" (İtaliya) - "Real Madrid" (İspaniya) 0:2 (E.Hazard, 7. Rodriqo, 59.)

Nə düşünürsən?