Poqba mətbuat konfransında masadan pivə şüşəsini götürdü

  • 16.06.2021
  • 0

Portuqaliyalı superulduz Kriştianu Ronaldodan sonra bu dəfə Fransa yığmasının üzvü Pol Poqba mətbuat konfransında diqqət mərkəzinə düşüb. 

“Qafqazinfo” xəbər verir ki, o, Almaniyaya 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən konfransda masanın üzərində olan pivəni götürüb kənara qoyub. 

Müsəlman olan Poqba bunu dində spirtli içkinin haram olmasına görə edib. 

Qeyd edək ki, bir neçə gün öncə Kriştianu Ronaldo da mətbuat konfransında masanın üzərindən “Coca cola” şüşəsini götürmüşdü.

Nə düşünürsən?