Özündən 15 qat dəyərli komandaya qalib gələn "Molde" tarix yazdı!

  • 26.02.2021
  • 0

UEFA Avropa Liqasının 1/16 finalı çərçivəsində baş tutan qarşılaşmada heyətinin dəyəri 14,25 milyon avro olan "Molde" 228,30 milyon avroluq komandaya sahib "Hoffenhaym"ı məğlub edib.

Offsideplus.az xəbər verir ki, ilk oyunda 3:3 hesablı bərabərliklə başa çatan oyunun cavab qarşılaşmasında "Molde" 0:2 hesabıyla qalib gəlib. Adını 1/8 finala yazdıran Norveç təmsilçisi özündən 15 qat dəyərli komanda üzərində qələbə qazanaraq tarix yazıb.

Oyunun icmalını təqdim edirik:

21:55. "Hoffenhaym" (Almaniya) - “Molde” (Norveç) - 0:2
İlk oyun - 3:3

Nə düşünürsən?