Nəriman Abbasov Avropa çempionunu nokauta saldı

  • 12.04.2021
  • 0

 “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti görüşünü keçirib.

Offsideplus.az xəbər verir ki, o, Moskvada keçirilən “AMC Fight Night100” döyüş gecəsində Rusiya təmsilçisi, sərbəst güləş üzrə yeniyetmələr arasında Avropa çempionu Şamil Amirovla üz-üzə gəlib. Amirov  üçüncü raundda idmançımızın zərbələri qarşısında duruş gətirə bilməyərək döyüşü davam etdirmək istəməyib. Beləliklə, Abbasov görüşü texniki nokautla başa vurub.

 

Nə düşünürsən?