Mxitaryanın Şuşadakı villası rus mediasında

  • 02.06.2021
  • 0

"Roma"da çıxış edən erməni futbolçu Henrix Mxitaryanın vaxtilə qanunsuz yolla işğal altında olan Şuşa şəhərində tikdirdiyi dəbdəbəli evin yeni görüntüləri yayılıb.

Offsideplus.az xəbər verir ki, hərbçilərimiz tərəfindən çəkilən videokadrlar rus mediasının da diqqətini çəkib. Sözügedən video rus mənbələrindən birində yayımlanıb.

Qeyd edək ki, Şuşa işğaldan azad edildikdən sonra Mxitaryanın villası yaralı döyüşçülərimizin müalicə olunduğu ilk məkan olub.

Nə düşünürsən?