Millimiz Ukraynada hazırlıqları davam etdirir

  • 16.02.2021
  • 0

Qadın güləşi üzrə milli komandamız Ukraynada təlim-məşq toplanışını davam etdirir.

Offsideplus.az xəbər verir ki, fevralın 12-dən Kiyevdə hazırlıq prosesinə start verən millimizin heyətində 9 güləşçi yer alıb.

Toplanışda baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Leyla Qurbanova, Tatyana Varansova (hər ikisi 53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 76 kq) iştirak edir. Hazırlıq prosesi fevralın 25-nə qədər davam edəcək.

Nə düşünürsən?