Messinin rəqib azarkeşləri tərəfindən alqışlandığı an

  • 17.03.2021
  • 0

Sadəcə ən yaxşı futbolçular doğma meydandan uzaqda rəqib azarkeşlər tərəfindən alqışlana bilər. 1980-ci ildə "Kamp Nou"da "Real"lı Lori Kanninqhem, 2005-ci ildə "Santyaqo Bernabeu"da Ronaldinyo və təbii ki Lionel Messi...


Offsideplus.az La Liqa-ya istinadən xəbər verir ki, 2019-cu ilin 17 martında "Barselona" səfərdə "Real Betis"in qonağı idi. Argentinalı ulduz het-trik edərkən, komandası 4:1 hesablı qalibiyyətə sevindi. Leo 85-ci dəqiqədə üçüncü qolunu vurunca "Berito Vilyamarin stadionu"ndakı 54 minlik kütlə ayağa qalxaraq "Messi, Messi!" deyə səslənməyə başladı. 

Oyundan sonra Messi bu sözləri dedi: "Daha öncə rəqib azarkeşlər tərəfindən qol vurduğum üçün alqışlandığımı heç xatırlamıram. Tərəfdarların bu münasibətinə görə çox minnətdaram. Düzünü desəm, heç vaxt bu cür alqışlandığım yadıma düşmür".

Nə düşünürsən?