Messidən Panenka tərzi cərimə zərbəsi

  • 30.03.2021
  • 0

2019-cu ilin 30 martında "Barselona" "Kamp Nou"da "Espanyol"u qəbul edirdi.

Offsideplus.az La Liqa-ya istinadən xəbər verir ki, Barselona şəhərinin iki klubu arasında baş tutan derbidə qonaqlar 70 dəqiqə boyunca "kataloniyalılar"ı qola həsrət qoymağı bacarmışdı. 71-ci dəqiqədə "Espanyol"a qarşı cərimə zərbəsini yerinə yetirmək üçün topun arxasına Lionel Messi keçir. Argentinalı ulduz Panenka tərziylə baxımlı qola imza ataraq bütün azarkeşləri coşdurur. 

Bu qol həm "Barsa"nın "10" nömrəli ulduzu, həm də bütün dünya futbolu üçün xüsusi və misilsiz idi.

Həmin baxımlı qolu təqdim edirik:

Nə düşünürsən?