Messi formasını istədi, qapıçı özünü itirdi

  • 25.02.2021
  • 0

İspaniya La Liqasında I turdan təxirə salınmış "Barselona" - "Elçe" oyunu baş tutub.

Offsideplus.az xəbər verir ki, Messinin dubl etdiyi görüşdə "Barsa" 3:0 hesabıyla qalib gəlib. Oyundan sonra maraqlı hadisə baş verib. Belə ki, argentinalı ulduz rəqib qapıçısı Edqar Badiyə yaxınlaşıb və futbolkaları dəyişməyi xahiş edib.

"Elçe"nin qolkiperi təəccüblənib, Messinin formasını alıb, lakin özünü itirərək formasını verməyi unudub. Messinin ona xatırlatmasından sonra Edqar formasını nəhayət verib.

Həmin görüntüləri təqdim edirik:

Nə düşünürsən?