"Liverpul"un əfsanəsi türk futbolçunu müdafiə etdi

  • 14.02.2021
  • 0

İngiltərə Premyer Liqasında dünən baş tutan "Lester" - "Liverpul" matçı qapıçı Alisson Bekkerin səhvləri ilə yadda qalıb.


Offsideplus.az xəbər verir ki, ikinci qol vurularkən "qırmızılar"ın yeni transferi Ozan Kabak topu saxlamağa çalışmış, lakin qapıçı irəli çıxaraq bir-birləriylə toqquşmağa səbəb olmuşdu. Bundan yararlanan "Lester"li Ceyms Vardi isə topu boş qapıya yollayıb. Türk futbolçunun bu epizoddakı şanssızlığı çox danışılsa da, əsas tənqid hədəfi braziliyalı qolkiper olub. 

Belə ki, "BT Sport"a açıqlama verən Rio Ferdinand da, səhvi Alissonda görüb:

"O anda qapıçı gərək vəziyyəti nəzərdən keçirsin. Yeni, gənc müdafiəçiyə səslən. Yeni müdafiəçinə "çəkil", de. Yenə də, bu bir inam əskikliyidir. Bu mövsümə qədər heç bir səhvindən söz belə getməmişdi".

Həmin görüntüləri təqdim edirik:

Nə düşünürsən?