"Liverpul"dan tarixi qol, uğursuzluğa son verdi

  • 01.03.2021
  • 0

İngiltərə Premyer Liqasında "Liverpul" "Şeffild Yunayted" səfərindən qayıdıb.

Offsideplus.az xəbər verir ki, "qırmızılar" rəqib üzərində 0:2 hesablı qələbəyə sevinib. Kin Brayanın 64-cü dəqiqədə vurduğu qolla "Liverpul" 7000-ci qoluna imza atıb.

Bununla da, Mersisayd təmsilçisi "Everton"dan sonra (7,108 qol) İngiltərə Premyer Liqasında 7000 qol səddini keçən ikinci komanda olub.

Oyunun icmalını təqdim edirik:

"Şeffild Yunayted" - "Liverpul" 0:2 (K.Cons, 49. K. Brayan, 64.)

Nə düşünürsən?