"Lester"in futbolçusu "Çelsi"ni belə təhqir etdi

  • 16.05.2021
  • 0

Dünən, "Çelsi" ilə "Lester" klubları arasında keçirilın İngiltərə Federasiya Kubokunun (FA) finalından (0:1) sonra "tülkülər"in futbolçuları rəqib komandanı təhqir edib.

Offsideplus.az xəbər verir ki, "Lester"in futbolçusu Uesli Fofananın "instagram" hesabının "hekayə" bölməsində paylaşdığı videoda soyunub-geyinmə otağında komanda yoldaşının oyundan qabaq kapitana verilən "Çelsi" bayrağını yerə atdığı görünür.

Həmin görüntülər "zadəganlar"ın azarkeşlərinin ciddi narazılığına səbəb olub və qısa müddət sonra Fofana videonu silib.

Nə düşünürsən?