Kolumbiyalı futbolçu atasına hücum etdiyinə görə həbs edilib

  • 02.04.2021
  • 0

Hazırda Kolumbiyanın "Millonarios" klubunda çıxış edən Fredi Quarin edilən şikayət zənginin üzərinə, polis tərəfindən həbs edilib.

Offsideplus.az xəbər verir ki, 34 yaşlı kolumbiyalı yarımmüdafiəçinin Medellin şəhərindəki valideynlərinin evində ailə münaqişəsi zəminində atasına hücum etdiyi bildirilib.

Futbolçu onu evdən aparmaq istəyən hüquq-mühafizə orqanı əməkdaşı ilə də mübahisə edib və polis onu zorla evdən uzaqlaşdırmalı olub. Futbolçunun tezliklə məhkəməyə çıxarılacağı bildirilib.

Nə düşünürsən?