Kiberidmanın ən bahalı transferi o oldu

  • 15.04.2021
  • 0

Kiberidman üzrə yarışlar təşkil edən “Gaming League Azerbaijan” ilk transferini rəsmiləşdirib. “Gaming League Azerbaijan”ın yetirməsi Cavid Qurbanov 25 min manat qarşılığında GMT Esports – “Guardians of the Maiden Tower” – “Qız Qalasının keşikçiləri” komandasıyla rəsmi müqavilə imzalayıb.

Qeyd edək ki, Cavid Qurbanovun transfer olunduğu GMT Esports – “Guardians of the Maiden Tower” Azərbaycanın ilk kiberidman komandasıdır. Hazırda dünya reytinqində 18, MDB ölkələri arasında isə 3-cü yerdədir.